EN

“Kalmaegi” Filippini viran qoydu 140 nəfər öldü

Bakupost saytına istinadən ain.az xəbər verir.

Filippin Prezidenti Ferdinand Markus ölkənin mərkəzi bölgələrində ən azı 140 nəfərin həyatına son qoyan “Kalmaegi” tayfunu səbəbindən ölkə üzrə fövqəladə vəziyyət elan edib.Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, Filippin Mülki Müdafiə İdarəsinin məlumatına görə, təbii fəlakət ümumilikdə 2 milyona yaxın insana təsir göstərib, 560 mindən çox vətəndaş evlərini tərk etməyə məcbur qalıb. Onlardan təxminən 450 min nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib.Rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində 127 nəfər itkin düşüb. Ən ağır vəziyyət Cebu bölgəsində müşahidə olunur.“Kalmaegi” bu il Filippin ərazisinə dəyən ən böyük təbii fəlakət kimi qeydə alınıb. Tayfun daha sonra Cənubi Çin dənizi istiqamətinə hərəkət edib. Hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, Sakit okeandan yaxınlaşan yeni tropik fırtına növbəti həftə super tayfuna çevrilərək ölkənin şimal hissəsini vura bilər.Fəlakətin qurbanları arasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 6 nəfər də var.Tayfunun gətirdiyi güclü yağışlar yaxın vaxtlarda zəlzələdən zərər çəkmiş Cebu əyalətində daşqınlara səbəb olub. Mülki Müdafiə İdarəsinin məlumatına görə, bölgədə əsasən boğulma nəticəsində 71 nəfər ölüb, 65 nəfər itkin düşüb, 69 nəfər isə yaralanıb.Negros Oksidental (Negros Occidental) əyalətində isə 62 nəfərin itkin düşdüyü bildirilir.Qeyd edək ki, sentyabrın 30-da Cebu bölgəsində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 79 nəfər ölmüş, çoxsaylı evlər dağılıb və ya ciddi zərər görmüşdü. Tayfun həmin fəlakətin yaralarını hələ sağaltmağa çalışan əhali üçün ikinci zərbə olub.Filippin hər il təxminən 20 tayfun və tropik fırtına ilə üzləşir. Zəlzələlərin və vulkan püskürmələrinin də tez-tez baş verdiyi bu ada ölkəsi dünyanın ən çox təbii fəlakət riski daşıyan bölgələrindən biri sayılır.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
www.bakupost.az

1Sources