EN

"Sovetski"dən son aylarda 406 ailə köçürülüb

"Son bir neçə ayda 406 ailə "Sovetski" ərazisindən köçürülüb".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, söküntü prosesi davam etdikcə köçürülmə də ona uyğun həyata keçiriləcək:

"Görülən işlərin əsas prioritetləri sırasında tarixi identikliyin saxlanılması, mühəndis və nəqliyyat infrastrukturunun yenilənməsi, yaşıllaşdırma işləri və yeni ictimai məkanların - həyətlərin, skverlərin və piyada zonalarının yaradılması dayanır". (Report.az)

Bizim.Media

Chosen
17
9
bizim.media

10Sources