EN

Zəfər Günü 221 saylı məktəbdə qeyd edilib-FOTOLAR

221 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Leyla Maqsudovanın rəhbərliyi ilə “5 ildir müzəffərik” adlı tədbir keçirilib.

Editor.az xəbər verir ki, tədbir Zəfər Gününə həsr olunub və şagirdlərin ifasında həm kövrək, həm də qürurverici anlarla yadda qalıb. IV sinif şagirdləri Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıb, Zəfərin beşinci ildönümünü böyük fəxrlə qeyd ediblər.

Məktəbə yeni qədəm qoymağa hazırlaşan balaca fidanlar da Vətən sevgisi ilə dolu şeirlər səsləndirərək tədbirə xüsusi rəng qatıb.

Tədbirin ən təsirli məqamı şəhid Elvin Səfərovun qardaşının çıxışı olub. O, qardaşı ilə bağlı xatirələrini bölüşərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sonda tədbirdə məktəbin direktoru Cavid Əliyev, eləcə də müəllim kollektivi iştirak edib. Məktəb rəhbərliyi şagirdlərin çıxışlarını yüksək dəyərləndiriblər.

Qeyd olunub ki, məktəblərdə keçirilən tədbirlər bir daha nümayiş etdirib ki, Zəfər yalnız qələbə deyil, xalqımızın yaddaşında yaşayan əbədi nurdur. Beş il əvvəl qazanılan bu Qələbə bu gün də hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi ilə yaşayır.

//Samir Qurbanov, Editor.az

Chosen
52
editor.az

1Sources