EN

"Qarabağ"ın tələbələrindən Zəfər Gününə xüsusi hazırlıq - FOTO

Noyabrın 6-da Xankəndi şəhərində keçirilən Zəfər Gününə həsr olunmuş hərbi yürüşdə Qarabağ Universitetinin bir qrup tələbəsi, işğaldan azad edilən rayonların adları yazılmış köynəklər geyiniblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, tələbələr özlərini “azad Qarabağın gəncləri” kimi təqdim edərək, şəhərdən keçən hərbiçiləri alqışlarla və coşqu dolu şüarlarla salamlayıblar.

Bu mənzərə Qarabağda həyatın bərpası, gəncliyin milli ruhda yetişməsi, azad torpaqlarda təhsilin, mədəniyyətin yenidən dirçəlişinin və Xankəndinin gənclər şəhəri kimi tanınacağının bariz nümunəsi  kimi qiymətləndirilir. Tələbələrin bu addımı həm yürüş iştirakçıları, həm də şəhər sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xankəndidə səslənən gənclərin “Biz azad Qarabağın tələbələrik!” sözləri Zəfər Gününün ruhunu daha da gücləndirib.

Chosen
13
2
qaziler.az

3Sources