EN

Bodrumda su böhranı: Vətəndaş meydanda duş alaraq etiraz etdi

Muğlanın Bodrum rayonunda su kəsintisi səbəbilə 6 gündür evinə su gəlməyən sakin Çağatay Yavuz etiraz aksiyası keçirib.

News365.az xəbər verir ki, vətəndaş probleminə diqqət çəkmək üçün Bodrum Bələdiyyə Meydanına gedərək yanında gətirdiyi 5 litrlik su bidonu ilə meydanda duş alıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq qısa müddətdə böyük marağa səbəb olub.

MUSKİ-dən açıqlama

Muğla Su və Kanalizasiya İdarəsi (MUSKİ) yaşanan su problemi ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, su kəsintiləri su anbarlarındakı səviyyənin aşağı düşməsi və Dövlət Su İşləri (DSİ) tərəfindən 2012-ci ildə çəkilmiş əsas su xəttində yaranan nasazlıqlardan qaynaqlanır.

Açıqlamada qeyd olunur:

“Bodrumu iki əsas su mənbəyi – Mumcular və Geyik su anbarları təmin edir. Su anbarlarından suyun əldə edilməsi DSİ-yə, paylanması isə bizim quruma məxsusdur. Mumcular su anbarı sentyabr ayında kənd təsərrüfatı suvarmasına yönləndirilib, Geyik su anbarından verilən su isə əvvəlki illərlə müqayisədə 50 faiz azaldılıb. Hazırda Bodruma saniyədə 1000–1100 litr su verilir.”

MUSKİ həmçinin bildirib ki, 2012-ci ildə istifadəyə verilmiş və bu müddət ərzində 3 mindən çox nasazlıq qeydə alınmış CTP xəttinin yenilənməsi işləri davam edir. Torba–Turgutreis–Müskebi–Yahşi və Gümbət istiqamətində əsas su xəttinin yenidən qurulması layihəsi həyata keçirilir.

News365.az

Chosen
52
news365.az

1Sources