"Son illər Bakıda tətbiq edilən böyük islahatların və iri layihələrin hamımız şahidiyik. Bizim əsas prioritetlərimizdən biri şəhərin dayanıqlı inkişafı, insanyönümlü şəhərin yaradılması, şəhərin müasirləşərək rahat və əlverişli olmasıdır. İrsin qorunması dövlət səviyyəsində əsas prioritetlərdən biridir. Bunu "İçərişəhər" ərazisində, Fəvvarələr meydanında, Mərkəzi parkın üç mərhələsində müşahidə edə bilirik".