EN

Azərbaycanda manatla pul kütləsinin həcmi artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,986 milyard manat olub.

Finss.az AzÉ™rbaycan MÉ™rkÉ™zi Bankının (AMB) mÉ™lumatına É™sasÉ™n xÉ™bÉ™r verir ki, bu göstÉ™rici aylıq müqayisÉ™dÉ™ 218,8 milyon manat (0,5%), 2024-cü ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ isÉ™ 2,4 milyard manat (5,3%) artıb.

Hesabat dövründə manatla pul kütləsi (M2 aqreqatı) 37,188 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 381,9 milyon manat (1%), illik müqayisədə isə 1,4 milyard manat (3,9%) çoxdur.

Bununla yanaşı, M1 aqreqatı üzrə göstərici 29,468 milyard manat olub. Bu, aylıq müqayisədə 341,7 milyon manat (1,2%), illik müqayisədə isə 776,1 milyon manat (2,7%) artım deməkdir.

Eyni zamanda, banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,011 milyard manat səviyyəsində qeydə alınıb. Bu, aylıq müqayisədə 182,7 milyon manat (1,1%), illik müqayisədə isə 1,2 milyard manat (7,4%) artıb.

Fuad Mədətov
Finss.az

Chosen
5
1
fins.az

3Sources