EN

"Bu, Aİ-nin təhlükəsizliyi üçün potensial risklər yaradır”

Avropa Komissiyası (AK) Belqradın ruslara vətəndaşlıq verilməsi siyasətinə görə onu qınayıb .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Rusiya vətəndaşlarına Serbiya vətəndaşlığı verməklə Aİ-yə vizasız giriş əldə etmək Aİ-nin təhlükəsizliyi üçün potensial risklər yaradır”, - AK-nın hesabatında deyilir.

AK Serbiyaya öz hərəkətlərini Aİ-nin viza siyasəti ilə uyğunlaşdırmağı və üçüncü ölkə vətəndaşlarının, xüsusən də təhlükəsizliyə təhlükə yaradan və ya qeyri-qanuni miqrasiyaya malik olan ölkələrin vizasız girişinə ciddi nəzarəti təmin etməyi tövsiyə edib.

Chosen
37
1
operativmm.az

2Sources