EN

Biznesmen məzarlıqda asılmış haldatapıldı

Kocaeli və Karamürsel bölgəsində dənizçilik sektorunun tanınmış simalarından biri olan 46 yaşlı gəmi sahibi R.O., Yalovanın Altınova qəsəbəsində yerləşən məzarlıqda asılmış vəziyyətdə ölü halda tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat dərc edib. 

Məlumata görə, bir müddətdir R.O.-dan xəbər ala bilməyən ailəsi və yaxınları, narahatlıq səbəbindən onu öz imkanları ilə axtarmağa başlayıblar. Axtarış zamanı R.O.-nun meyiti atasının məzarının yaxınlığında asılmış vəziyyətdə aşkarlanıb.

Əraziyə gələn təcili yardım və polis qrupları R.O.-nun həyatını itirdiyini müəyyənləşdiriblər.  Meyit müayinə üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

R.O. uzun illərdir Karamürsel, Altınova və Kocaelidə dənizçilik sahəsində fəaliyyət göstərən peşəkar iş adamı imiş.

Chosen
12
2
redaktor.az

3Sources