EN

İtaliyada minik avtomobili ilə məktəbli avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 20 si yaralanıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Roma, 6 noyabr, AZƏRTAC

İtaliyanın Turin şəhərində minik avtomobili ilə məktəbli avtobusu toqquşub.

AZƏRTAC xəbər verir ki, qəza nəticəsində avtomobilin sürücüsü ölüb. Avtobusdakı 50 şagirddən 20-si müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.

Təhlükəsizlik qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
azertag.az

3Sources