İtaliyanın Turin şəhərində minik avtomobili ilə məktəbli avtobusu toqquşub. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində avtomobilin sürücüsü ölüb. Avtobusdakı 50 şagirddən 20-si müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürmə briqadası və helikopter cəlb olunub. Təhlükəsizlik qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta