EN

Təhsil sektorunun müdirinə şiddətli töhmət verildi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənovaya qarşı intizam tənbehi tətbiq edib.

Regional idarənin qərarına əsasən, Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq “şiddətli töhmət” verilib.

Qurumdan bildirilib ki, aparılmış araşdırmalar zamanı onun fəaliyyətində idarəetmə və nizam-intizam qaydalarının pozulması halları aşkarlanıb.

Oxu.az

Chosen
9
3
tribunainfo.az

10Sources