EN

Sahil Babayev: Bu gün Azərbaycanın sosial, iqtisadi inkişafı üçün balanslaşdırılmış fiskal siyasət aparılır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

2024-cü illə müqayisədə səhiyyə xərclərini 40 faiz artırırıq. Son beş ildə 160 faiz artıb. Bunun özü kifayət qədər böyük bir rəqəmi göstərir. ÜDM-də payı 2,7 faizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanın sosial, iqtisadi inkişafı üçün balanslaşdırılmış bir fiskal siyasət aparılır. “Biz həm vergi yüklərini, həm də fiskal yükləri balanslaşdırılmış şəkildə aparırıq. Ona görə də düşünürük ki, təqdim olunan rəqəmlər həm dinamika, həm də beynəlxalq göstəricilər baxımından çox yaxşıdır”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
azertag.az

3Sources