EN

Mənə Avropa klublarından maraq ola bilər...

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Gundem.az Qol.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Bakıda qeydə alınan 2:2 hesablı heç-heçənin qələbəyə bərabər olduğunu deyib.

"Bütün Azərbaycan xalqığı təbrik edirəm. “Çelsi” ilə heç-heçə qələbəyə bərabərdir. Həqiqətən də komandamız çox inkişaf edib, böyüyüb. “Qarabağ” elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən də danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və bu, bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik", - futbolçu bildirib.

E.Cəfərquliyev Avropa klublarından mümkün transfer təklifi ilə bağlı isə bunları deyib:

“Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam".

Chosen
16
8
gundem.az

10Sources