EN

Kainat Gözəli müsabiqəsi qalmaqal yaşandı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Banqkokdakı hotellərdən birində keçirilən “Kainat gözəli 2025” beynəlxalq gözəllik müsabiqəsində xoşagəlməz hadisə baş verib.

Axşam.az xəbər verir ki, müsabiqənin təşkilatçılarından biri — Navat İtsaragrissil Meksika təmsilçisi Melissa (Fatima) Boşa qarşı kobud davranaraq, onu sponsor çəkilişinə gəlməməkdə günahlandırıb. O, məsələni izah etməyə cəhd göstərsə də, bu, təşkilatçının narazılığına səbəb olub. Təşkilatçı onun sözünü kəsib, təhqiredici ifadələr işlədərək onu “axmaq” adlandırıb və mühafizəçilərə Fatimanı zaldan çıxarmağı əmr edib.

Beynəlxalq KİV-lərin məlumatına görə, müsabiqə iştirakçıları Taylanddan olan sponsor üçün reklam çəkilişində iştirak etməli idilər. Lakin “Miss Meksika” Fatima Boş çəkiliş meydançasına gəlməyib. Meksika tərəfinin açıqlamasına əsasən, onun bu çəkilişdə iştirakı razılaşdırılmamışdı, çünki çəkiliş qumar biznesini təbliğ edirdi.

Fatimanın müdafiəsinə digər iştirakçılar da qalxıblar və şounu dayandırmağa hazır olduqlarını bildiriblər. Bir neçə milli gözəllik müsabiqəsi qalibi hadisəni videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Mühafizə Fatima Boşu zalda çıxardıqdan sonra bir neçə digər iştirakçı da ona dəstək olmaq üçün zalı tərk edib.

Onların arasında hazırkı “Kainat gözəli” — danimarkalı Viktoriya Kyer Teilviq də olub. O, təşkilatçının sözlərini qadınlara hörmətsizlik adlandıraraq belə deyib:

“Biz XXI əsrdə yaşayırıq, mən rənglənib, saç düzəldilib, geyindirilməli bir gəlincik deyiləm”.

Hadisə ictimai rezonansa səbəb olub. Navat İtsaragrissil Fatima Boşdan rəsmi şəkildə üzr istəyib, lakin o, vəzifəsindən uzaqlaşdırılıb və bu ilki tədbirin təşkilində iştirak etməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
axsam.az

1Sources