EN

Bu ildən şəhid övladları üçün “Peşə Seçimi” aləti tətbiq olunub - DİM sədri

Bakı. Trend:

İmtahanlara hazırlaşan şəhid övladlarına və qazilərə müəyyənvəsaitlər hədiyyə edilir və onların müxtəlif növ sınaqimtahanlarında ödənişsiz iştirakına şərait yaradılır.

Trend xəbərverir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətininsədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçiriləntədbirdə deyib.

DİM sədri qeyd edib ki, bu vaxta kimi qazilər həmçinin ödənişsizəsaslarla hazırlıq kurslarına cəlb olunurlar.

"Bu layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisastəhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davametdirmək üçün kurslara cəlb olunub",- deyə o əlavə edib.

O bildirib ki, şəhid övladları ilə mütəmadi olaraq psixolojidəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimiistiqamətində görüşlər təşkil olunur:

“Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib,onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmətapşırıqları” kitabları hədiyyə olunub.

2025-ci ildən etibarən, şəhid övladlarının maraq vəbacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “PeşəSeçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıqBakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub”.

Chosen
58
4
az.trend.az

7Sources