EN

Qarabağ Universitetində “Zəfər Günü: beş illik qürur salnaməsi” mövzusunda tədbir keçirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Zəfər Gününün beşinci ildönümü münasibətilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Zəfər Günü: beş illik qürur salnaməsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondu (QDF) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, universitetin professor-müəllim heyəti və 200-dən artıq tələbəsi, eləcə də Xankəndi şəhərinin sakinləri iştirak ediblər.

“#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu il xalqımızın qürur və şərəf simvoluna çevrilmiş Zəfər Gününün beşinci ildönümünün qeyd olunduğunu vurğulayaraq, Qarabağ bölgəsində təhsilin inkişafı, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Rektor, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən danışaraq, bu sahədə gənclərin və tələbələrin üzərinə düşən məsuliyyəti vurğulayıb. O, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.

Tədbirdə geniş təqdimatla çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bu gün biz yalnız Zəfərimizin beşinci ildönümünü deyil, xalqımızın birliyinin, qətiyyətinin və yenilməz ruhunun beş illik təntənəsini qeyd edirik.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad etməklə xalqımıza qürur, sevinc və inam bəxş etdi. Bu gün isə həmin qələbənin bəhrələrini – azad Qarabağın yenidən dirçəlişini görürük”,- deyə o vurğulayıb.

İdarə Heyətinin sədri həmrəyliyin bərpa prosesindəki roluna toxunaraq Birinci Dünya müharibəsindən sonra dağıdılmış şəhərlərin təcrübəsindən nümunələr gətirib.

Rəhman Hacıyev tədbir iştirakçılarına Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və planlaşdırılan təşəbbüslər barədə də məlumat verib.

Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Rəhman Hacıyev və Şahin Bayramov tədbir iştirakçılarının ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbir universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə möhtəşəm konsert proqramı ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
3
azertag.az

4Sources