EN

Nömrə resurslarının ayrılması üzrə iki illik tariflər təsdiqləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər"i təsdiq edib.

Modern.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, Qərarı qəbul edildiyi gündən 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərar Reyestrin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir və 1 yanvar 2028-ci il tarixinə kimi qüvvədədir.

 

 

Chosen
8
2
modern.az

3Sources