EN

Ayxan Abbasov sabahkı matçda 3 futbolçunu oynada bilməyəcək

Misli Premyer Liqasının 11-ci turunda "İmişli"ni qəbul edəcək "Şamaxı"ının baş məşqçisi Ayxan Abbasovun neçə futbolçunun xidmətindən məhrum olduğu müəyyənləşib.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

"Andrey Tirkaveanu zədə səbəbindən oynamayacaq. Abdullahi Şuaybu və Alfons Msanqa isə cəzalı olduqları üçün bu qarşılaşmanı kənardan izləyəcəklər".

Qeyd edək ki, "Şamaxı" - "İmişli" qarşılaşması noyabrın 7-də keçiriləcək. Matçın start fiti 13:44-də səsləndiriləcək. 

Nihat

Chosen
50
2
fanat.az

3Sources