
“NF Group” konsaltinq şirkətinin araşdırmasına görə, 2025-ci ilin əvvəlindən etibarən 12 beynəlxalq brend Rusiya bazarını tərk edib.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, bu markalar əsasən moda sənayesinə aid olub.
Araşdırmada bildirilir ki, bəzi şirkətlər bazarda qalmaq üçün fəaliyyət modellərini dəyişiblər. Üç pərakəndə satış şəbəkəsi oflayn mağazalardan imtina edərək yalnız onlayn satış modelinə keçib.
Bununla yanaşı, ilin ilk doqquz ayı ərzində Rusiya bazarına doqquz yeni beynəlxalq brend daxil olub. “NF Group”un məlumatına görə, ilin sonuna qədər daha bir neçə xarici markanın da bazara girişi gözlənilir. Yeni gələnlər arasında İtaliyanı üç, Türkiyəni iki brend təmsil edir, Qazaxıstan, Çin, Belarus və ABŞ-dən isə hərəsindən bir marka bazara daxil olub.
Bildirilir ki, 2025-ci ilin üçüncü rübündə yeni brendlərin Rusiya bazarına daxil olma tempi 44 faiz azalıb.