EN

22 qazi ali və orta ixtisas təhsilinə qəbul olunub

"DİM tərəfindən həyata keçirilən layihələr nəticəsində indiyə kimi 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub".

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Gününə həsr olunmuş tədbir zamanı məlumat verib.

O bildirib ki, şəhid övladları ilə mütəmadi olaraq  psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur: "Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub.2025-ci ildən etibarən şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub", – deyə sədr qeyd edib.

Chosen
27
3
tehsil.biz

4Sources