EN

“Qızıl Qaya” şadlıq evində nöqsanlar aşkarlanıbFOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Tağı oğlu Nağıyevə məxsus “Qızıl Qaya” şadlıq evində plandankənar yoxlama aparıblar.

AQTA-dan Xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.

Müəssisədə qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal kimi istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsızlığı, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

  • “Qızıl
  • “Qızıl
  • “Qızıl
  • “Qızıl
Chosen
9
26
xezerxeber.az

10Sources