EN

Cənubi Qafqaz boru kəməri ilə orta günlük ixrac həcmi artıb

Cənubi Qafqaz boru kəməri (CQBK) üzrə gündəlik orta ixrac həcmi 2024-cü ilin ilk doqquz ayında sutkada 61,7 milyon kubmetr qaz təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 63,1 milyon kubmetrə çatıb ki, bu da illik ifadədə 2,3 faiz artım deməkdir.

Bu barədə "İki sahil" bp-yə istinadən məlumat verir.

İlin ilk üç rübü ərzində SCPC (boru kəmərinin operatoru) -nin əməliyyat xərcləri təqribən 52 milyon dollar, əsaslı xərclər isə təxminən 21 milyon dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 60 milyon dollar və təxminən 13 milyon dollar təşkil edirdi.

Beləcə, illik ifadədə əməliyyat xərcləri 13,3 faiz azalıb, əsaslı xərclər isə 61,5 faiz artıb.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Chosen
13
4
ikisahil.az

5Sources