EN

Füzulidə 17,45 milyon manata su və tullantı xətləri tikiləcək

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ (VÖEN – 1300300711) açıq müsabiqə elan edir.

FED.az xəbər verir ki, müsabiqənin predmeti Füzuli şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT işlərinin satın alınmasıdır.

Ehtimal olunan qiymət 17  milyon 450 min 725 manat  təşkil edir.

Müsabiqə 6 noyabr 2025-ci il, saat 11:35-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 20 noyabr 2025-ci il, saat 17:00-da başa çatır. Zərflərin açılışı eyni tarixdə – 20 noyabr 2025-ci il, saat 17:00-da keçiriləcək.

İştirak haqqı 2 617 manat 68 qəpik , istifadə haqqı isə 25 manat müəyyən olunub. Qeyd edək ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.

Əlaqələndirici şəxs – Yusif Hüseynov, Planlama və Satınalmaların Təşkili şöbəsinin baş məsləhətçisi, şöbə müdirinin müavini.
E-poçt: [email protected]
Telefon: (+994 55) 225 12 31

İddiaçılar təkliflərini 20 noyabr 2025-ci il, saat 17:00-a qədər Bakı şəhəri, Moskva prospekti 69A ünvanına təqdim edə bilərlər.

Chosen
57
fed.az

1Sources