EN

Birgə maliyyələşmə proqramı üzrə 1500-dən çox şəxs işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 2025-ci ilin 10 ayı ərzində 1504 şəxs işlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, proqram üzrə cari ilin ötən dövründə daha 400-ə yaxın işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğu təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.

Chosen
18
7
vergiler.az

8Sources