EN

Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi, 6 noyabr, AZƏRTAC

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia Bakıda Azərbaycan Konstitusiya Məhkəməsinin 30 illik yubiley tədbirlərində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, səfər öncəsi Revaz Nadaraia Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizovu və konsul Rüstəm Zərbəliyevi qəbul edib.

Baş konsulluqdan bildirilib ki, tərəflər Gürcüstan Konstitusiya Məhkəməsi ilə Azərbaycan Konstitusiya Məhkəməsi arasında illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri barədə danışıblar. Gürcüstan Konstitusiya Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirakı, eləcə də keçiriləcək görüşlər barədə fikir mübadiləsi aparılıb.

R.Nadaraia mühüm hüquqi tarix münasibətilə Azərbaycan xalqını təbrik edib və gələcək əməkdaşlığa və tərəfdaşlığa hazır olduğunu bildirib. O vurğulayıb ki, bu əməkdaşlıq iki ölkə arasında tarixi dostluğun həm hüquqi, həm də beynəlxalq səviyyədə davamına töhfə verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
azertag.az

1Sources