EN

Kahının altında gizlədilən 98 kq-a yaxın marixuana tapıldı – FOTO

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat yayılıb.
Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

"Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 295 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə - marixuana aşkar edilib", - məlumatda qeyd edilib.

Chosen
17
1
ucnoqta.az

9Sources