Saxta “Labubu” kuklalarında insan sağlamlığı üçün təhlükəli kimyəvi maddə aşkarlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Konsumentverket" nəşri məlumat yayıb.
Mütəxəssislər kuklaların üz hissəsinin hazırlandığı plastikdə çox yüksək miqdarda DEHP (dietilheksilftalat) adlı maddə müəyyən ediblər. Araşdırma zamanı yeddi saxta “Labubu” kuklasından beşində bu maddənin normadan artıq səviyyədə olduğu bildirilib.
Qeyd olunur ki, İsveçdə DEHP-in uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda istifadəsi 1990-cı illərdən etibarən qadağandır. Bunun səbəbi onun çox zəhərli olması və reproduktiv sistemə ciddi zərər vurmasıdır.
Agentlik xəbərdarlıq edir ki, bu maddə sonsuzluğa səbəb ola və dölün inkişafına mənfi təsir göstərə bilər.
Aytəkin TOFİQQIZI