EN

"Canlı Barbi" dünyasını dəyişdi - Mənzilində ölü tapıldı

Braziliyada sosial mediada “Canlı Barbie” ləqəbi ilə tanınan influencer Bárbara Jankavski, 31 yaşında sirli şəkildə həyatını itirib. Onun ölümü ilə bağlı hüquq-mühafizə orqanları istintaqa başlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 2 noyabr tarixində Jankavski San-Paulu şəhərində mənzilində yalnızca alt geyimində, sol gözündə yara izləribel nahiyəsində göyərmələrlə ölü halda tapılıb.

Sosial şəbəkələrdə çoxsaylı estetik əməliyyatları ilə tanınan və “Canlı Barbie” həmçinin “İnsan Barbie” kimi məşhurlaşan Jankavskinin 55 min izləyicisi var idi.

Hadisə gecəsi 51 yaşlı vəkil Renato Kampus Pinto de Vitto influencerlə “xüsusi xidmətlər” üçün görüşdüyünü və birlikdə vaxt keçirdiklərini bildirib. Onun sözlərinə görə, bir müddət sonra Jankavskinin reaksiya vermədiyini görüb təcili yardım çağırıb.

Chosen
29
manset.az

1Sources