EN

Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr edilib.

Kulis.az xəbər verir ki, “Paradiqma Akademi Yayınları” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın müəllifi Kars Kafkas universiteti ədəbiyyat bölümünün müəllimi dr. Afina Barmanbaydır.

Monoqrafiyada yazıçının yaradıcılıq yolu, hekayə, povest və romanları, publisistikası, tərcümələri və kino yaradıcılığı ətraflı araşdırılıb.

Dr. Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır. Qeyd edək ki, o, “Əhməd Cavad və Türkiyə”, “Azərbaycan romantik ədəbiyyatında Vətən”, “Gürcüstandan Azərbaycana ağız sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Geədəbəy, Şəmkir, Gəncə” (V.Sadıqlı ilə birgə), “Borçalı Qarapapaq gələnəyi” monoqrafiyalarının və Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.

Məşhur müğənni diz qapaqlarından zinət düzəltirdi

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
2
kulis.az

4Sources