EN

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Ölkə.az-a verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən, noyabrın 7-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Chosen
9
13
olke.az

10Sources