EN

COP30 üçün Braziliyaya ezam olunan heyətin xərclərinə əlavələr OLACAQ

Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında" qərarda dəyişiklik edib.

Paralel.az xəbər verir ki qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.

Chosen
17
13
paralel.az

10Sources