EN

Reuters: Pentaqon Suriyanın paytaxtında baza açmağı planlaşdırır...

ABŞ hərbçiləri Dəməşqdə yerləşdirilə bilər - Vaşinqton Suriya-İsrail təhlükəsizlik paktını təşviq edir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Dəməşqdə Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan plan üzərində işləyir. Mənbələrin bildirdiyinə görə, bu addım Suriya ilə İsrail arasında təhlükəsizlik paktının bağlanmasına yönəlib və Vaşinqton bu prosesdə vasitəçi kimi çıxış edir.

Agentliyin məlumatına əsasən, ABŞ qüvvələrinin Suriya paytaxtında yerləşdirilməsi planı indiyə qədər ictimaiyyətə açıqlanmamışdı. Bu təşəbbüs, İranın əsas müttəfiqi olan Bəşər Əsəd rejiminin ötən il süqutundan sonra, Suriyanın strateji baxımdan ABŞ yönümlü siyasətə keçidinin göstəricisi kimi qiymətləndirilir.

Reuters-ə danışan suriyalı mənbə qeyd edib ki, Vaşinqton danışıqların nəticə verməsi üçün Dəməşqə ciddi təzyiq göstərir. ABŞ administrasiyası ilin sonuna qədər, hətta Suriya prezidenti Əhməd əş-Şəraa-nın mümkün Vaşinqton səfərindən əvvəl razılaşmanın imzalanmasına nail olmağa çalışır.

Ekspertlər bildirirlər ki, bu plan regionda güc balansını dəyişə və İranın təsir dairəsini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla yanaşı, ABŞ-ın Suriya ərazisində hərbi iştirakının artması Moskva və Tehran tərəfindən sərt reaksiyalar doğura bilər.

Poliqon.info

Chosen
55
poliqon.info

1Sources