EN

Pakistan Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib

Pakistan

İki ölkə Türkiyədə sülh danışıqları apararkən Pakistan cümə axşamı Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "AFP" agentliyi əfqan hərbi mənbəyə və şahidlərə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən əfqan hərbi mənbə “Pakistan yüngül və ağır silahlardan istifadə edib və mülki əraziləri hədəfə alıb”.

Şahidlərin sözlərinə görə, atəş 10-15 dəqiqə davam edib.

İnsidentə baxmayaraq, Əfqanıstan tərəfi İstanbulda davam edən dialoqa hörmətlə yanaşaraq, cavab tədbiri görməyib.

Məryəm Quliyeva

Chosen
16
12
xalqcebhesi.az

10Sources