EN

Təranə Səmədovanın cəzası azaldılıb

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

XəzərNews.az xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Təranə Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb.

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər.

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunublar. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.//Qafqazinfo

Xəbər 1 dəfə oxunub.
Chosen
6
24
xezernews.az

10Sources