EN

Boksçumuz İslamiadaya qələbə ilə başlayıb

Azərbaycan boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, 57 kq çəkidə döyüşən milli üzvü 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.

O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalında

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında

Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adlayıb

İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub

Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Chosen
34
5
apasport.az

10Sources