Azərbaycan boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.


Rekord.az xəbər verir ki, 57 kq çəkidə döyüşən milli üzvü 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.


O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.


Boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.