EN

Rusiya səhiyyəsində biabırçı mənzərə: yeni tibbi avadanlıqlar yoxdur

Rusiyanın dövlət tibb müəssisələrindəki avadanlıq parkı acınacaqlı durumdadır.

Musavat.com-un xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyi etiraf edir ki, xəstəxanalarda yenilənməli olan tibbi cihazların ümumi payı 24,8 faiz təşkil edir.

Bu, hər dörd avadanlıqdan birinin faktiki olaraq köhnə və istifadəyə yararsız vəziyyətdə olması deməkdir.

2021-ci ildə federal layihəyə start veriləndə avadanlıqların köhnəlmə səviyyəsi daha da yüksək — 35,1 faiz idi. Proqramın 2024-cü ildə başa çatdırılması nəzərdə tutulsa da, real vəziyyət buna imkan verməyib və hökumət məcburən müddəti 2030-cu ilədək uzadıb.

Mütəxəssislər bildirirlər ki, bu böhranın əsas səbəblərindən biri Rusiyada tibbi texnikanın bir çox növünün yerli istehsalının ümumiyyətlə olmamasıdır. Xəstəxanaların ehtiyacları artdığı halda, ölkə bu tələbatı qarşılayacaq avadanlıqları ya istehsal etmir, ya da xaricdən gətirilən cihazların yerini doldura bilmir.

Nəticədə, Rusiyanın səhiyyə sistemi XXI əsrin texnoloji tələbləri qarşısında ciddi şəkildə geridə qalır və vətəndaşların sağlamlıq təhlükəsizliyi köhnəlmiş avadanlıqların ümidinə buraxılır.

Musavat.com

Chosen
38
musavat.com

1Sources