EN

Rusiyanın üçüncü ən böyük elektrik stansiyası yanır

“Astra” nəşrinin məlumatına görə, 6 noyabr gecəsi Rusiyanın Kostroma bölgəsindəki elektrik stansiyasına və Volqoqrad bölgəsindəki neft emalı zavoduna dronlar hücum edib.

Editor.az xəbər verir ki, xəbərdə deyilir: ” Kostroma bölgəsinin Volqorechensk şəhərində Kostroma elektrik stansiyasına hücum edilib. Yerli sakinlər Kostroma elektrik stansiyasının üzərində alovlu parıltı çəkiblər”.

Nəşr qeyd edir ki, zərbə alan elektrik stansiyası Rusiyada quraşdırılmış gücünə görə üçüncü ən böyük stansiyadır. İctimai qruplar elektrik stansiyasına ən azı üç zərbə barədə məlumat verir və hadisə yerindən videolar nümayiş etdirirlər.

//Samir Qurbanov, Editor.az

Chosen
42
editor.az

1Sources