EN

Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının Kubadakı səfirliyinintəşkilatçılığı ilə Havana şəhərində 2025-ci il “Konstitusiya vəSuverenlik İli” çərçivəsində Zəfər Gününün qeyd edilməsimünasibətilə Azərbaycan milli musiqi nümunələrindən ibarət konsertproqramı keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə Kuba XİN-in, diplomatik korpusun və KİV-in nümayəndələri,o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib.

Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev bu ilölkəmizdə Azərbaycan Konstitusiyanın qəbulunun 30 illiyinin, eləcədə Vətən Müharibəsindəki tarixi Qələbənin 5-ci ildönümün qeydedildiyini və bu əlamətdar günlərlə əlaqədar olaraq 2025-ci ilinAzərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunubildirib.

Səfir Azərbaycan tarixinin şanlı səhifələrinə həkk edilmiş və əzəliAzərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyan 8Noyabr - Zəfər Günü barədə məlumat verərək, birlik, cəsarət vəqəhrəmanlığı təcəssüm etdirən bu tarixi zəfərin müasir Azərbaycantarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

R.Rzayev Azərbaycanın bölgədə sülh gündəliyini təşviq etdiyini, builin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin CənubiQafqaz regionunda davamlı sülhün və əməkdaşlıq ruhunun bərqərarolmasına mühüm zəmin yaratdığını qeyd edib.

Sonra müasir və xalq üslubunu özünəməxsus şəkildə birləşdirən tarifaçısı İbrahim Babayev və onun qrupunun, Pərviz Məmmədov (piano)və Vəfadar Ramiz (ritm alətləri) ifasında Azərbaycan millimusiqiləri, o cümlədən Kuba musiqi nümunəsi səslənib.

Tamaşaçıların və yerli ictimaiyyətin böyük marağına səbəb olanmusiqiçilərin çıxışları sürəkli alqışlarla qarşılanıb.

Kubada
Kubada
Kubada
Kubada
Chosen
75
5
az.trend.az

6Sources