EN

Suda İsa kimi yeriyə bilir: dünyanın ən qeyri adi canlısı (VİDEO)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vasilişkləri tez-tez "İsa kərtənkələləri” adlandırırlar — onların unikal qabiliyyəti, yəni suyun üzərində qaçmaq bacarığına görə. 

Qaynarinfo "Times of India”ya istinadla yazır ki, bu növ uzun illərdir alimləri və vəhşi təbiət həvəskarlarını heyran edir.

Qeyd olunur ki, vasilişklər Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır. Ən çox su hövzələrinin yaxınlığında rast gəlinirlər və məhz burada onların qeyri-adi bacarıqları ən yaxşı şəkildə görünür.

Nəşr izah edir ki, vasilişkin suda qaçmaq bacarığına onun xüsusi quruluşlu — kənarları salxımvari pulcuqlarla örtülü barmaqları və yüngül bədən quruluşu imkan yaradır. Bundan əlavə, bu kərtənkələlərin quyruğu qaçış zamanı bədənin balansını təmin edir. Həm də suyun üzərində qaçmaq bacarığı vasilişklərin sağ qalmasının əsas şərtidir. Təhlükə yarandıqda onlar çox vaxt çayları və digər su hövzələrini qaçaraq keçir.

Alimlər müəyyən ediblər ki, vasilişklərə bu bacarığı yalnız anatomik quruluşu vermir. Kərtənkələlər bunun üçün sürət, səth gərginliyi və inersiyanın qorunmasını birləşdirirlər, quyruğun yellənən hərəkətləri isə sabitliyi saxlamağa kömək edir.

Nəşr bildirir ki, vasilişklər hazırda nəsli kəsilməkdə olan növlərə aid deyillər. Bununla belə, meşələrin qırılması və onların yaşayış mühitinin məhv edilməsi bu kərtənkələlər üçün təhlükə yaradır.

Bundan əvvəl Böyük Britaniyanın Bristol şəhəri yaxınlığındakı karyerdə arxeoloqlar ən azı 205 milyon il əvvəl ölmüş, müasir tipli kərtənkələnin qalıqlarını aşkarlamışdılar. Bu tapıntı kərtənkələlərin mənşəyini 35 milyon il daha qədimə aparır.

Alimlərin sözlərinə görə, bu heyrətamiz tapıntı bu günə qədər məlum olan ən qədim kərtənkələdir və kərtənkələlərin təkamülü ilə bağlı anlayışları dəyişir. Nəticələri təsdiqləmək üçün tədqiqatçılar əvvəlki tapıntıları və kompüter tomoqrafiyası məlumatlarını yenidən nəzərdən keçiriblər. Yenidən qiymətləndirmə orijinal nümunənin öyrənilməsini və süxurda gizlənmiş detalları üzə çıxaran rentgen skanlarını da əhatə edib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
qaynarinfo.az

1Sources