EN

Həbsdə olan Qukasyan xəstəxanaya yerləşdirildi

Rüşvət ittihamı ilə həbs edilən Gümrü meri Vardan Qukasyan Kentron həbsxanasında vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun vəkili Zaruhi Postancyan məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün təxminən saat 16:00-da Yerevanın Kentron həbsxanasında saxlanılan Gümrü meri Vardan Qukasyanın səhhəti kəskin şəkildə pisləşib.

Penitensiar xidmətin əməkdaşları dərhal təcili yardım çağırıblar və Vardan Qukasyan Müqəddəs Qriqor Lusavoriç adına Tibb Mərkəzinə aparılıb.

O, əlavə edib ki, Qukasyanın səhhəti və sonrakı tədbirlər barədə əlavə məlumat lazım olduqda veriləcək.

Chosen
39
ucnoqta.az

1Sources