EN

Nüvə silahı yarışı başladı

Beynəlxalq gərginliklər fonunda dünya yenidən nüvə şantajı və silahlanma yarışı ilə alovlanan nüvə müharibəsi astanasındadır.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti yazır.

Nəşr xatırladır ki, Rusiya nüvə enerjisi ilə işləyən “Burevestnik” raketlərini, həmçinin “Poseydon” sualtı gəmisini istifadə verib.

Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp ABŞ-da nüvə sınaqlarının bərpası mümkünlüyünü açıqlayıb.

“Bir şey tamamilə aydındır: nüvə silahlanma yarışı, nüvə şantajı və nüvə səmərəsizliyi Soyuq Müharibənin bitməsindən, daha dəqiq desək, 1950-ci illərin sonu və 1960-cı illərin əvvəlindən bəri görünməmiş miqyasda geri qayıdıb”, - yazıda deyilir.

Chosen
35
publika.az

1Sources