Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.
G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:
“Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.
O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.
DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub.
Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.