EN

Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edildi

Şair, publisist Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib.

NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, təyinatla bağlı məlumat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb. Qəşəm Nəcəfzadə Prezidentin 08 oktyabr 2025-ci il tarixində imzaladığı Sərəncam ilə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləyib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. “Mədəniyyət TV” kanalında “Və ya” proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında “Radio və televiziyanın dili” fənni üzrə müəllim kimi fəalyyət göstərir.

Chosen
10
23
nocomment.az

10Sources