EN

Birinin qıçını kəsiblər, o biri şəkər xəstəsidir Yüzlərlə sakini boğaza yığan problem

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan şəhəri Qoçüstü məhəlləsində yerləşən çoxmərtəbəli binada yaşayan sakinlər liftlərin işləməməsindən şikayətçidirlər.

Onlar liftlərdə aparılan təmir işlərinin ləng getdiyini söyləyərək, hər gün çətinliklə üz-üzə qaldıqlarını deyirlər.

546 nəfərin yaşadığı binanın sakinləri problemin tezliklə həll olunmasını istəyirlər.

"Hamımız xəstəyik. Biri şəkərdir, o birinin ayağı kəsilib. Əməliyyat olunmuş qadın var, həkimə gedə bilmir. Ürəyi xəstə olan qonşu evinə çıxıb-düşməkdə çətinlik çəkir", - deyə sakin Firavan Qurbanova narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
baku.ws

2Sources