EN

İşçilər məbədin bərpası zamanı sərvət tapdılar

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda məbədin bərpası zamanı işçilər sərvət tapıblar.

Metbuat.az xəbər verir ki, Tamil Nadu əyalətinin Polur şəhəri yaxınlığındakı Sivan məbədində bərpa işləri aparan işçilər qazıntı zamanı bir qab aşkar ediblər. İşçilər torpağa basdırılmış qabda 103 qızıl sikkə aşkar ediblər. Sikkələrin olduğu qab bölgənin tarixinin tədqiq edilməsində əhəmiyyətli hesab edilir. Yerli dairələr məbədin 13-cü əsrdə hökmranlıq edən III Raja Rajanın hakimiyyəti dövründə tikildiyini açıqlayıblar. Bu dövr Çola krallığının hakimiyyəti illəri kimi tanınır. Araşdırmalara görə, sikkələr məbədin təməlinə və ya sonrakı Çola hökmdarlarına aid ola bilər.

Arxeoloqlar məbədin dini mərasimlər zamanı toplanan ianələr üçün saxlama mərkəzi ola biləcəyini hesab edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
metbuat.az

2Sources