EN

Ərinin üstünə qaynar yağ töküb öldürdü - Dəhşət

İstanbulun Üsküdar rayonunda iki uşağın anası olan qadın ailə münaqişəsi zamanı ərinə qaynar yağ töküb.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə evdə baş verib. Gecə yatarkən üzərinə qaynar yağ tökülən kişi ağır dərəcəli yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, 13 gün sonra həyatını itirib. Qadın hadisədən dərhal sonra polis tərəfindən saxlanılıb. Onun ifadəsində bildirdiyinə görə, ər uzun müddət spirtli içkilər qəbul edir və ona qarşı mütəmadi olaraq fiziki zorakılıq tətbiq edirdi.

Hazırda hadisə ilə bağlı istintaq aparılır, qadının dedikləri və hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Telegram kanalımız
Chosen
83
yenisabah.az

1Sources