EN

İstanbul hava limanında bomba həyəcanı

BAKI, 7 noyabr. TELEQRAF

İstanbul Hava Limanından Ciddəyə uçuşa hazırlaşan “Saudia Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bir sərnişinin “Təyyarədə bomba var” deməsi panikaya səbəb olub. Hadisə ilə bağlı polis və hava limanının təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib.

Məlumata görə, təyyarə uçuş üçün son hazırlıqlarını tamamladığı anda sərnişinlərdən biri bu məlumatı verib. Kabin heyəti dərhal vəziyyəti kapitan pilota çatdırıb. Pilot hadisəni hava hərəkətinə nəzarət xidməti vasitəsilə təhlükəsizlik orqanlarına məlumat verib.

Təyyarə təhlükəsizlik zonasına yönləndirilib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları və xüsusi təlim keçmiş bomba axtarış iti ilə kabin və yük bölməsində geniş axtarış aparılıb. Bütün baqajlar mobil rentgen cihazları vasitəsilə yenidən yoxlanılıb.

Aparılan yoxlamalar nəticəsində heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkarlanmayıb, verilən xəbərdarlığın əsassız olduğu müəyyənləşib. Bu ifadəni səsləndirən sərnişin polis əməkdaşları tərəfindən təyyarədən endirilib və ifadəsi alınmaq üçün saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
57
teleqraf.com

1Sources