EN

İnternet dələduzlarına şallaq cəzası tətbiq olunacaq

Sinqapur hökuməti ölkədə sürətlə artan onlayn fırıldaqçılıq halları ilə mübarizə məqsədilə şallaq cəzası nəzərdə tutan yeni qanun qəbul etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, rəsmi məlumatlara görə, internet fırıldaqçıları ən azı altı şallaq zərbəsi ilə cəzalandırılacaq. Bu say bəzən 24 zərbəyədək artırıla bilər.

Cəza tətbiq edilməzdən əvvəl hər bir təqsirkar tibbi müayinədən keçiriləcək. Şallaq üçün istifadə olunan rattan və ya bambuk çubuqları adətən 60–120 sm uzunluqda, 4–13 mm qalınlıqda olur.

Qanuna əsasən, bu cəza qızlara, qadınlara və 50 yaşdan yuxarı kişilərə şamil edilmir.

Sinqapur hakimiyyətinin məlumatına görə, bu ilin ilk altı ayında ölkədə onlayn fırıldaqçılıqla bağlı on minlərlə fakt qeydə alınıb, bu cinayətlərin vurduğu ümumi zərər 385 milyon dollar təşkil edib. 

 

Musavat.com

Chosen
47
musavat.com

1Sources